“Neftçi”nin baş məşqçisi komandanın lideri haqda elə sözlər işlətdi ki… ŞOK XƏBƏR!

14:00 Neftçi 410
“Neftçi”nin baş məşqçisi komandanın lideri haqda elə sözlər işlətdi ki… ŞOK XƏBƏR!

«Neftçi»nin baş məşqçisi Yuri Vernidubun Emin Mahmudovdan gözləntiləri böyükdür.

Dekabrın 9-da sükan arxasına keçən ukraynalı klubun əməkdaşlarıyla söhbətində kapitan haqda xoş sözlər söyləyib.

59 yaşlı mütəxəssis 2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçini komandanın lideri hesab etdiyini deyib.

Təcrübəli çalışdırıcı bildirib ki, son həftələrdə Eminin oyununda yüksəliş görür və bunun hələ pis olmadığını düşünür.

Vernidubun fikrincə, Emin millidəki peroformansını «Neftçi»də də təkrarlayacaq və bu, onları irəli aparacaq.

«Nə qədər ki mən buradayam, Emin haqda kimdənsə pis söz eşitmək istəmirəm» deyən baş məşqçi sonadək onun arxasında dayanacağını vurğulayıb.

Bakılılarla 1,5 illik müqavilə imzalamış sabiq «Krivbass»lı diqqətə çatdırıb ki, Mahmudov onun taktiki planlarında mühüm yer tutur və hamı bunu görəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti