Vernidub həmyerlisini “Neftçi”də saxlamağı planlaşdırır

27 Dekabr 2025 01:00 Neftçi 1 440
Vernidub həmyerlisini “Neftçi”də saxlamağı planlaşdırır

“Neftçi”də baş məşqçi dəyişikliyi yarımmüdafiəçi Andrey Ştoqrinin klubdakı gələcəyinə ciddi təsir edə bilər.

Sportinfo.az “sport.ua” saytına istinadən xəbər verir ki, yeni çalışdırıcı Yuri Vernidub həmyerlisini komandada saxlamağı planlaşdırır.

Samir Abasovun dönəmində şans qazanmayan, hətta adı iştirak ərizəsinə salınmayan 27 yaşlı sol vingerin məşqlərdəki performansı Vernidubun ürəyincədir.

Yeni baş məşqçi Ştoqrinin funksional imkanlarını yüksək qiymətləndirir. Lakin oyunçu ilə bağlı yekun qərar qış təlim-məşq toplanışından sonra veriləcək.

“Neftçi”yə ötən il ölkəsinin “Çernomorets” klubundan keçən Andrey Ştoqrinin bakılılarla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi