“Neftçi“nin müdafiəçisi: “Başımızı dik tutub, nikbin əhval-ruhiyyədə davam etməliyik”

26 Dekabr 22:20 Neftçi 183
“Neftçi“nin müdafiəçisi: “Başımızı dik tutub, nikbin əhval-ruhiyyədə davam etməliyik”

“Başımızı dik tutub, nikbin əhval-ruhiyyədə davam etməliyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Neftçi”nin müdafiəçisi Kosmin Kostin deyib.

Paytaxt təmsilçisi 16 turdan sonra Premyer Liqada 20 xal toplayıb. Turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşan «ağ-qaralar» lider «Sabah»dan 17 xal geri qalır.
Rumıniyalı legioner komandanın gələcəyini necə təsəvvür edir? Onu dinləyək:
«Bəli, fərq get-gedə artır. Qısa müddətdə yeni baş məşqçidən nələrsə öyrənməyə çalışdıq. İnanıram ki, zamanla daha yaxşı işlər görəcəyik. Vəziyyətimiz kritikdir, ancaq açığı, mən hələ də nikbinəm. Fikirləşirəm ki, qış fasiləsindən sonra bu çətinliklərdən xilas ola bilərik. Bizə ardıcıl üç-dörd qələbə lazımdır. Gərək bu qış fasiləsində yaxşı çalışaq və müsbət nəticələrə köklənək».

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?