"Mən heç bir şey deyə bilmərəm”.
Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”dən istefaya göndərilən Samir Abasov deyib.
Noyabrın 24-də vəzifəsini itirən mütəxəssis yeni baş məşqçi Yuri Vernidub və bu komanda barədə danışmaq istəməyib (teleqraf):
“Ümumiyyətlə, “Neftçi” haqqında soruşmayın, heç birinə cavab verməyəcəm. Vernidubu daha öncədən tanımamışam".
Samir Abasov qarşıdan gələn yeni ildən gözləntilərinin olmadığını bildirib:
“Heç bir gözləntim yoxdur. Arzulara vaxtımız yoxdur.
2025-ci il mənim üçün əla keçdi. Azərbaycanlı futbolçulara uğurlar arzu edirəm, yaxşı legioner həyatı yaşasınlar, çoxlu pullar qazansınlar”.

