Vernidubdan yeni tapşırıq - Onları “Neftçi”yə cəlb edəcək

11:40 Neftçi 385
Vernidubdan yeni tapşırıq - Onları “Neftçi”yə cəlb edəcək

Yuri Vernidub «Neftçi»nin əsas komandasına ilk dəfə bir neçə gənc cəlb edəcək.

Yeni baş məşqçi bu barədə təlimat verib.

Yaxınlarda 1,5 illik müqaviləyə qol çəkmiş ukraynalı U-19 və əvəzedici heyətdə forma geyinən istedadlı oyunçuların siyahısının ona təqdim olunmasını istəyib.

59 yaşlı çalışdırıcı onların arasından 3-4 nəfəri seçərək, Birləşmiş Ərəb Əmirliklərinə aparacaq.

Abu-Dabi şəhərində keçiriləcək təlim-məşq toplanışı yanvarın 5-də başlayacaq. Təcrübəli sükançı həmin gənclərə yoxlama görüşlərində də şans vermək niyyətindədir.

Vernidub hesab edir ki, əsas komanda ilə akademiya arasında əlaqələr güclənməlidir. O. aşağı yaş qruplarında çıxış edən yeniyetmə və gənclərin buranın ab-havasını yaxından hiss etməsinin vacib olduğunu bildirib.

Vaxtilə «Şerif»də işləmiş məşqçi bu qənaətdədir ki, yeni nəsil nümayəndələrinin inkişafını sürətləndirməsi onlara göstərilən münasibətdən asılıdır.

Əgər gənclər indidən əsas komandanın düşərgəsində məşqlərə çıxarsa, bu, onların peşəkar futbol həyatına daha tez atılmapsına köməklik göstərəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti