«Neftçi» heyətini yeni legionerlə gücləndirməyi planlaşdırır.
Saytımız bu barədə son dəqiqə məlumatı əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, «ağ-qaralar» Dmitri Topalovla danışıqlar aparır. Adıçəkilən oyunçu ukraynalıdır və 27 yaşı var.
Yarımmüdafiə xəttinin hzəm mərkəzində, həm də sol cinahında çıxış eləyə bilən Topalov «Şaxtyor»un yetirməsidir.
Futbolda ilk addımlarını 2006-cı ildə Donetsk klubunda atmış Dmitri 2019-cu ilədək onların formasını geyinib. Daha sonra «Mariupol»a icarəyə verilib və 3 il burada tər töküb.
Həmin müddətdə 63 oyun keçirib, 10 qol vurub. Növbəti 2 ildə «Şaxtyor»un uğurları üçün çalışıb və 2024-cü ildə bu dəfə «Kolos»a göndərilib. 2024-2025-ci il mövsümünü isə LNZ-də başa vurub.
«Şaxtyor» müqaviləni uzatmadığından, Topalov hazırda azad agent statusu daşıyır.
O, Ukraynanın aşağı yaş qrupları üzrə yığmalarının şərəfini qoruyub. U-17, U-18, U-19 və U-21 komandalarına dəvət alıb.
SPORTİNFO.AZ

