Yuri Vernidubun rəhbərlik etdiyi “Neftçi”nin “Polesiya”nın mərkəz müdafiəçisi Danilo Beskorovaynı ilə maraqlanmasına dair xəbərlər yayılıb.
“TaToTake”nin iddiasına görə, Jitomir klubu 26 yaşlı futbolçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır.
Beskorovaynı səhhətindəki problemlər səbəbindən bu mövsüm cəmi dörd oyun keçirib və bu, onun oyun müddətinə təsir edib.
Qeyd olunur ki, müdafiəçinin karyerasının ən yaxşı dövrü Yuri Vernidubun rəhbərliyi altında “Krivbas”da olub. Uğurlu mövsümdən sonra o, “Polesiya”ya keçib, lakin zədələr əsas heyətdə yer almasına mane olub.
Vaxtilə Qazaxıstanda “Astana“nın formasını geyinmiş arxa xətt oyunçusu həqiqətən “Neftçi“nin diqqət mərkəzindədir?
Klubdan aldığımız məlumata görə, Ukrayna mətbuatının yaydığı informasiya reallığı əks etdirmir.
Belə ki, Vernidub həmyerlisini yenidən öz sərəncamında görmək istəməsi barədə rəhbərliyə heç nə söyləməyib.
SPORTİNFO.AZ

