"Neftçi"də Mahmudovla Abubakar arasında olan söhbət: "Bunu mən istədim"

21:00 Neftçi 412
"Neftçi"də Mahmudovla Abubakar arasında olan söhbət: "Bunu mən istədim"

“Neftçi”nin kapitanı Emin Mahmudov Premyer Liqanın 16-cı turunda “Karvan Yevlax”la matçın son dəqiqələrində Vensan Abubakarla arasında yaşananlara aydınlıq gətirib.

Belə ki, matçın son dəqiqələrində “ağ qaralar” penal vurmaq hüququ qazandı. Bu zaman Kamerun millisinin sabiq hücumçusu topu götürüb nöqtəyə yaxınlaşdı.

Amma baş məşqçi Yuri Vernidub onu yanına çağıraraq, topu Mahmudova verməsini tapşırdı. Yalnız bundan sonra ulduz oyunçu penal vurmaq istəyindən vaz keçdi.

Sportinfo.az-a açıqlama verən yarımmüdafiəçi hər şeyin kənardan göründüyü kimi olmadığını bildirib:

“Penalı mən vurmalı idim. Sadəcə, ayağıma güclü zərbə dəydi.

İlk anda elə bildim vura bilməyəcəm. Ona görə də dedim ki, başqası vursun.

Ayağa duranda özümün hazır olduğunu hiss etdim. Yenidən xahiş etdim ki, topu mənə ver.

Yəni özüm vurmağı ona həvalə etmişdim, özüm də geri qaytardım. Məşqçi mənə həvalə edib, amma Abubakar və digərləri də vura bilər.

Mahmudov “Meydanda sağlam olduğun halda da Abubakarın penal vurduğunu görmüşük, arada centlmensayağı anlaşma varmı” sualına isə bu cür reaksiya verib:

“Əlbəttə. Yeni gələndə qollar vurmasını istəyirdim. Çünki hücumçular qol vuranda özgüvən gəlir.

Kömək etmək niyyəti ilə vermişdim. Ümumiyyətlə, mən həyatdada paylaşmağı sevirəm”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti