Ukraynalı müdafiəçi "Neftçi"yə gəlir?

24 Dekabr 2025 22:40 Neftçi 2 293
Ukraynalı müdafiəçi "Neftçi"yə gəlir?

"Neftçi” heyətini növbəti legionerlə gücləndirə bilər.

Sportinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Polesye”nın müdafiəçisi Danilo Beskorovaynı ilə maraqlanır.

“TaToTake”nin məlumatına görə, 26 yaşlı mərkəz müdafiəçisi zədələr səbəbindən cari mövsümdə cəmi 4 oyunda iştirak edib. Odur ki, Jitomir klubu futbolçu ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır.

"Neftçi”nin hazırkı baş məşqçisi Yuri Vernidub Danilo Beskorovaynı ilə əvvəllər də çalışıb. Ukraynalı müdafiəçi daha əvvəl Vernidubun rəhbərliyi altında “Krivbas” klubunda çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti