Artıq Premyer Liqada 1 aylıq qış tətili elan olunub.
Digər əcnəbi həmkarlarından fərqli, Yuri Vernidub Azərbaycanı tərk etməyib.
Dekabrın 9-da «Neftçi»yə təyinat alan baş məşqçi qarşıdakı həftələri Bakıda keçirəcək, Ukraynaya qayıtmayacaq.
Ölkəsindəki müharibə ilə əlaqədar burada qalan mütəxəssis və köməkçiləri gündəlik işə çıxır. «Ağ-qaralar»la 1,5 illik müqavilə imzalamış çalışdırıcı günün çoxunu klubun bazasında keçirir.
59 yaşlı sükançı yardmçıları ilə birgə komandayla bağlı detallı təhlillər aparır, ötən oyunların görüntülərini izləyir, hər bir futbolçuya dair ayrıca hesabat hazırlayır.
O, eyni zamanda, klub rəsmiləri ilə mütəmadi əlaqədədir: görəcəyi işlərlə əlaqəli onlarla fikir mübadiləsi aparır.
«Neftçi» Vernidubla Premyer Liqada iki matçla çıxıb. «Sumqayıt»la ev matçını 2:2 bitiriblər, Yevlaxda isə «Karvan»a 2:1 hesabıyla qalib gəliblər.
Kollektiv 16 tura 20 xal toplayıb. Onlar bu nəticə ilə turnir cədvəlinin səkkizinci pilləsində yerləşib.
SPORTİNFO.AZ

