“Neftçi”yə görə ölkəsinin millisini çalışdırmaq istəməyib

13:40 Neftçi 269
“Neftçi”yə görə ölkəsinin millisini çalışdırmaq istəməyib

Viktor Qonçarenkonun Belarus Futbol Federasiyasının (BFF) təklifini qəbul etməməsinin səbəbi müəyyənləşib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis “Neftçi” ilə danışıq apardığı üçün ölkəsinin millisində çalışmaq variantını ehtiyatda saxlayırdı.

Çünki BFF-nin təklif etdiyi illik maaşı “Neftçi” aylıq məvacib kimi ödəməyə hazır idi. Lakin bakılılar ilk namizədləri olan Yuri Vernidubla anlaşdığından, Qonçarenko ilə danışıqlar yarımçıq dayandırılıb.

Bu səbəbdən çalışdırıcı artıq Belarus millisində işləmək variantına ciddi yanaşa bilər.

Viktor Qonçarenkonun son iş yeri Rusiyada “Pari NN” olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 20:00 Çək və bizə göndər!