Emin Mahmudov narazılıq etdi: "Yaxşı vəziyyətdə deyil"

20:00 Neftçi 243
Emin Mahmudov narazılıq etdi: "Yaxşı vəziyyətdə deyil"

"Neftçi"nin kapitanı Emin Mahmudov Premyer Liqanın 16-cı turunda "Karvan Yevlax"ı məğlub etdikləri matçdan sonra (2:0) Sportinfo.az-a müsahibə verib.

- Bu gün bir qol və bir məhsuldar ötürmə ilə yaddan qaldın. Xilaskar olduğunu demək olar?

- Yox, elə deməzdim. Məncə, bütün komanda ikinci hissəni yaxşı keçirdi. Düzgün reaksiya göstərdik. Birinci yarıda oyunumuz alınmırdı. İkinci yarıda vəziyyəti düzəldə bildik. Baş məşqçi də bildirdi ki, belə davam etmək lazımdır. Reaksiya verməyimizi bəyəndim.

- Bu qələbədən sonra mübarizənin davam edəcəyi görünür. Təbii ki, çempionluq şansı daha qalmayıb demək olar. Bəs ən azı ilk üçlükdə mövsümü bitirməyə nə deyirsən?

- Qışdan sonra xallar yığmaq lazımdır. Hər oyun qələbə barədə düşünməliyik.

- Yevlax şəhər stadionu yenidən qurulub. Razı qaldın?

- Belə nə deyim axı?

- Deyəsən, məmnun deyilsən...

- Süni örtükdür və yaxşı vəziyyətdə deyil.

- Yuri Vernidubda xüsusi fərqləndirəcəyin nəyi qeyd edə bilərsən?

- Öz fəlsəfəsi var. İstəkləri başqadır.

- Məsələn, sizdən daha çox nə istəyir?

- Aqressiv olmağı, kompakt çıxış etməyi. Daim irəlidə olmağı, hücumda çıxış etməyi tələb edir. Ümid edirəm ki, qışdan sonra istədiklərini daha yaxşı icra edərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti