“Neftçi” Premyer Liqanın XVI turunda səfərdə “Karvan-Yevlax”ı məğlub edib.
Sportinfo.az xəbər verir ki, 2:1 hesabı ilə başa çatan görüşdə bir qol, bir məhsuldar ötürmə ilə yadda qalan kapitan Emin Mahmudov matçdan sonra klubun televiziyasına açıqlama verib:
“Doğrudan da, ilk dəqiqələrdən oyunumuz alınmadı. Meydançaya uyğunlaşmağa çalışırdıq, rəqib boşluq vermirdi.
İkinci hissədə çoxlu imkanlarımız oldu. Yaratdığımız şansları dəyərləndirə bilmədik.
Dayanmadan çalışdıq və sonda qələbə qazandıq. Məşqçinin istədiklərini yerinə yetirməyə çalışırıq.
Aqressiv, kompakt oynamaq istəyirik. Bəzən alınır, bəzən yox. Qışdan sonra daha yaxşı olmağa çalışacağıq”.

