"Neftçi”nin sabiq futbolçusu, 2020/2021 mövsümündə “ağ-qaralar”ın heyətində çempionluq yaşamış Tallison Dias sportal.az-a müsahibə verib.
Sportinfo.az xəbər verir ki, Braziliyada aşağı liqa komandası olan “Porto Vitoria”da oynayan 34 yaşlı müdafiəçi Azərbaycandakı çempionluğunu da xatırlayıb.
- Hazırda işlərin necə gedir? Braziliyadakı karyerandan razısan?
- Braziliyada işlərim qaydasındadır. Bəli, 1-ci liqada oynayıram. Komandamızın qarşısına məqsədlər qoyulub, mən də digər futbolçular kimi ona çatmaq üçün köməklik göstərirəm.
- “Neftçi”ni izləyirsən? Bu komandanın çıxışı sənin üçün maraqlı gəlir?
- Əlbəttə ki, maraqlı gəlir. Çünki bu klubda çempionluq yaşamışam. Mən "Neftçi"ni həmişə izləyirəm. Doğrudur, onlar bu mövsümü gözləntilərdən çox aşağı keçirir. Çox çətin vəziyyətdədirlər.
- “Neftçi"ni çempion etmiş Samir Abasov ötən ay baş məşqçi postundan istefaya göndərildi. Səncə, Abasov bu dəfə nəyə görə istefaya göndərildi?
- Şəxsi fikrimi soruşursuzsa, mən Samir Abasovu əla məşqçi hesab edirəm. Ola bilsin ki, bu dəfə onun 2021-ci ildə çempion olduğumuz vaxtdakı kimi kifayət qədər yaxşı oyunçuları yox idi.
- 2021-dən söz düşmüşkən, “Neftçi”nin çempion olduğu vaxtı necə xatırlayırsan?
- Təbii ki, qürurla və fəxrlə xatırlayıram. Çempion olduğumuz zaman çox güclü və rəqabətli komandamız var idi. Biz meydanda birlik və güc göstərirdik.
- “Neftçi" yeni baş məşqçi ilə anlaşıb. Yuriy Vernidub baş məşqçi postuna dəvət edilib. Səncə, o, komandaya uğur qazandıracaq?
- Bəzən bunun işə yaradığına da inanıram. Fərqli oyun metodu komandaya kömək edə bilər. Hər halda, gözləyək və görərik.
- "Neftçi" sonuncu dəfə 2021-ci ildə çempion olub. "Qarabağ" isə daim çempionluq əldə edir, hegemonluq edir. Səncə, nəyə görə "Neftçi" "Qarabağ" kimi güclü deyil?
- Bilirsiz, növbəti mövsüm üçün oyunçu bazasını saxlamaq çətindir. Hər mövsüm çox sayda oyunçu dəyişdirmək uğurlu olmur. Komanda üçün pisdir. Yəni, bunun da təsiri ola bilər.
- “Neftçi"də hazırda yeganə braziliyalı İqor Ribeyrodur. Onun haqda məlumatlısan? Səncə, "Neftçi"də braziliyalı futbolçunun olmaması təsir göstərir?
- Braziliyalı futbolçular fərqli istedada sahib olurlar. İnanıram ki, İqorun da “Neftçi”yə çox köməyi dəyə bilər.

