Abubakar “Neftçi”dən göndəriləcək?

22:05 Neftçi 801
Abubakar “Neftçi”dən göndəriləcək?

Noyabrın 24-də Samir Abasovla vidalaşan «Neftçi», nəhayət, ilk qələbəsini qazandı.

Sənan Qurbanovla üç, Yuri Vernidubla ikinci matçına çıxan komanda yeni baş məşqçisinin üzünü güldürdü.

Əlbəttə, buna ürəkdən sevinmək olarsa. «Karvan» mövsümün ən zəif yarışmaçısıdır. Hər mənada çempionatın digər iştirakçılarından geri qalırlar.

«Neftçi» bu rəqiblə qarşılaşmada 3 xal qazanmaq üçün 90+3-cü dəqiqəni, penalti vuruşunu gözləməli deyildi, amma gözlədilər.

Çox pis oynamadılar, sadəcə, pis oynadılar.

Yuri Vernidub 10 gündür buradadır. Çempionlar Liqasını görmüş ukraynalının gəlişinin komandaya müsbət təsirindən danışmaq hələ tezdir.

İşartılar var, düzdür. Amma çox az. Çünki demək olar hər mövqedə çatışmazlıqlar mövcuddur.

Top orta sahədə qalmırsa, hücumçular azsaylı qol fürsətlərini də boşa verirsə, nə qoyub, nə axtarırıq?!

Gör, dünyanın nə yeridir, Vensan Abubakar əsas heyətdən kənarda qalır, Bassala Sambu ilk «11-lik»də meydana ayaq basır.

Doğrudur, ingiltərəli forvard «Sumqayıt»a olduğu kimi, «Karvan»ın da qapısına yol tapdı, lakin məsələ bunda deyil - ayda 40 min dollar maaş alan Abubakar oyunun əsas bölümünü ehtiyat skamyadan izləyirsə, əməkhaqqısı ondan az qala dörd dəfə az Sambunun Vernidubun nəzərində daha yaxşı olması «Neftçi»nin yaşadığı problemlərin dərinliyindən xəbər verir.

Güman ki, kamerunlu ulduz yaydan sonra bir daha ağ-qara formanı geyinməyəcək. Y

eni baş məşqçinin halına acıyıram. Samir Abasov necə gəldi seleksiya aparıb, lazımlı-lazımsız legionerlər aldırıb.

Verniduba da deyirlər ki, gəlmisənsə, buyur, konfet düzəlt. Yəqin ki, o, «Neftçi»nin təklifini qəbul eləyəndə, hər addımda bir belə çətinlik yaşayacağını təsəvvürünə gətirməyib.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti