"Neftçi"ni Emin Mahmudov qurtardı - Rayondan VİDEO

00:30 Neftçi 94
"Neftçi"ni Emin Mahmudov qurtardı - Rayondan VİDEO

Premyer Liqanın XVI turunda "Neftçi" səfərdə "Karvan-Yevlax"la üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan oyun Bakı kollektivinin 2:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərinin heyətində 45+9-cu dəqiqədə Araz Abdullayev penalti zərbəsindən hesabı açıb. 61-ci dəqiqədə Bassala Sambu qonaqların bərabərlik qoluna imza atıb.

"Ağ-qaralar"a qalibiyyət gətirən qolu isə Emin Mahmudov vurub. Kapitan 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Tərəflər arasında I dövrədə keçirilən oyun bərabərə bitmişdi - 0:0.

"Neftçi" 20 xalla 8-ci yerdə qərarlaşıb. Hesabında 6 xal olan "Karvan-Yevlax" 12 komandanın sıralamasında sonuncudur.

“Karvan-Yevlax” - “Neftçi” 1:2

Qollar: Araz Abdullayev, 45+8 (p.) // Bassala Sambu, 61; Emin Mahmudov, 90+7 (p.)
Yevlax şəhər stadionu, 4000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Sarı vərəqələr: Olavale Doyeni, 34 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 61 (qeyriidman hərəkəti); Mois Nqvisani, 62 (qeyri-idman hərəkəti); İmani Barker, 71 (oyunun bərpasının ləngidilməsi); Vadim Abdullayev, 82 (qeyri-idman hərəkəti) // İqor Ribeyro, 45+8 (qeyri-idman hərəkəti); Bassala Sambu, 47 (qeyri-idman hərəkəti); Mustafa Sek, 70 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 6 dəq; II hissədə 8 dəq.

“Karvan-Yevlax”
99. Pedro Mateuş
7. Araz Abdullayev (k)
(14. Uğur Cahangirov, 86)
32. Elvin Yunuszadə
6. Vadim Abdullayev
2. Şakil Sno
(77. Əli Abdullayev, 86)
11. Kayl Spens
37. Mois Nqvisani
(13. Vüsal Məsimov, 77)
19. Tompson Qavi
8. Peter Kings
(10. Samuel Durrant, 46)
21. İmani Barker
4. Olavale Doyeni
Ehtiyat oyunçular:
25. Əmrah Bulud
33. Eltun Turabov
42. İbrahim Qədirzadə
22. Qabil Əlizadə
5. Nika Çaçaşvili
12. Vitor Roşa
3. Said İranxan
Məşqçi: Füzuli Məmmədov

“Neftçi”
13. Kenan Piriç
8. Emin Mahmudov (k)
15. Elvin Bədəlov
24. Mustafa Sek
5. İqor Ribeyro
18. İfeanyi Metyu
9. Bassala Sambu
27. Kristian Kostin
(77. Falaye Sako, 46)
11. İmad Faraj
(28. Alessio Kurçi, 76)
10. Freddi Varqas
(45. Vensan Abubakar, 83)
23. Cordan Rezabala
(22. Luis Ortis, 66)
Ehtiyat oyunçular:
1. Emil Balayev
93. Rza Cəfərov
4. Elvin Camalov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanski
47. Murad Məmmədov
14. Edvin Kuç
Baş Məşqçi: Yuri Vernidub

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi