"Təklif olundu, amma mən bununla razılaşmadım"

16:55 Neftçi 316
"Təklif olundu, amma mən bununla razılaşmadım"

"Neftçi" Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Karvaan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İkinci hissədəki oyunu ilk yarıda niyə nümayiş etdirə bilmədiz?

- Oyunu iki hissəyə bölərdim. İlk yarıda oyunçular sürəti və intensivliyi göstərə bilmədilər. Əslində "Karvan-Yevlax"ın elə də fürsətləri olmadı. Son dəqiqələrdə biz onlar üçün penalti yaratdıq. İkinci hissə tam başqa idi. İlk dəqiqələrdən görürdük ki, rəqib vaxt aparmağa çalışır. Bunu başa düşdük və hücum etməyə başladıq. Nəticədə 2 qol vurduq. Düşünürəm ki, daha çox qol vurmalı idik. Çünki bir neçə yüz faizli qol vəziyyətləri yaratdıq.

- İlk səfər oyununuz əyalətə təsadüf etdi. Buradakı atmosfer və stadionun ot örtüyü ilə bağlı fikirləriniz necədir?

- Ukraynada süni örtüklü meydançada futbol oynamağa icazə verilmir. Azərbaycanda isə normaldır. Bu gün hər iki komanda eyni şəraitdə oynayırdı. Amma biz təbii örtüklü meydançada məşq edirik. Təklif var idi ki, oyundan bir gün əvvəl gəlib burada məşq edək. Amma mən bununla razılaşmadım. Çünki məşq zamanı futbolçuların zədə almaq ehtimalı var. Ona görə də belə qərar verdik.

- Komandaların geyimləri bir-birinə bənzəyirdi. Qeyri-dəqiq ötürmələrin səbəbi bu ola bilər?

- Sual xoşuma gəldi. Mən də elə düşündüm. Müəyyən məqamlarda anlaşımazlıq ola bilər. Bunu futbolçulardan soruşmaq lazımdır.

- Vensan Abubakar oyun planınıza uyğun deyil?

- Abubakar dünya futbolunun ulduzudur. Mənim ona heç bir sualım yoxdur. O, "Neftçi"yə mövsümün ortasında gəlib. Həmin vaxt fiziki durumunun hansı vəziyyətdə olduğunu bilmirəm. Nəyin yaxşı, nəyin pis olduğunu bilmək üçün təlim-məşq toplanışına ehtiyac var.

Digər Xəbərlər
Xəbər Lenti