"Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə anlaşdı

17:20 Neftçi 629
"Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə anlaşdı

“Neftçi”nin qış hazırlıq toplanışını harada keçirəcəyi məlum olub.

Sportinfo.az xəbər verir ki, teleqraf-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” 2025/2026 mövsümünün ikinci yarısına hazırlığı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirəcək.

Yanvarın əvvəlində başlayacaq toplanış müddətində komanda 3 yoxlama oyunu keçirəcək. Bakı klubunun rəqiblərindən birinin Qazaxıstan çempionu “Kayrat” olacağı dəqiqləşib.

“Kayrat” Çempionlar Liqasının əsas mərhələsində 6 oyundan sonra 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti