“Neftçi”dəki rumın: “Əvvəl etdiyimiz səhvləri təkrarlamamalıyıq”

19 Dekabr 2025 23:00 Neftçi 610
“Neftçi”dəki rumın: “Əvvəl etdiyimiz səhvləri təkrarlamamalıyıq”

Get-gedə avrokubok hədəfindən uzaqlaşan “Neftçi” çətin durumdadır.

Noyabrın 1-dən bu yana, son 5 matçda qələbənin nə olduğunu bilməyən “ağ-qaralar”ı çətin Yevlax səfəri gözləyir.

Komandaların məqsədləri və imkanları arasında yerlə göy qədər fərq olsa da, ilk dövrədəki qarşılaşmada “Neftçi”nin “Karvan-Yevlax”ın qapısına yol tapa bilmədiyini xatırtlatmaq mütləqdir – 0:0.

Bakılılar vəziyyəti nisbətən qaydasına salmaq istəyirsə, səfərdən qələbə ilə qayıtmalıdır.

“Neftçi”nin rumıniyalı yarımmüdafiəçisi Kristian Kostin Sportinfo.az-a açıqlamasında şansları dəyərləndirib:

“Yeni baş məşqçinin gəlişindən sonra komandada müəyyən dəyişikliklər müşahidə olunur. Bunu “Sumqayıt”la matçda yəqin ki, gördüz.

Birdən-birə zirvəyə qalxmaq olmur. Bir az vaxt lazımdır.

Yevlaxa qələbə dalınca yollanacağıq. İndiki vəziyyətdə rəqibin hansı komanda olması fərq etmir.

Çünki bizə 3 xal lazımdır. Qış fasiləsindən öncə qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik.

Əvvəlki oyunlardakı etdiyimiz səhvləri təkrarlamamalıyıq. Qalib gəlmək üçün əlimizdən gələn nə varsa, edəcəyik”.

Dekabrın 20-də Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti