O, “Neftçi”də futbolçulara barmaq silkələdi: “Mən ad-sana baxmıram, kim dediyimi etməsə…”

20:00 Neftçi 442
O, “Neftçi”də futbolçulara barmaq silkələdi: “Mən ad-sana baxmıram, kim dediyimi etməsə…”

Ötən həftə «Neftçi» ilə 1,5 illik müqavilə imzalayan Yuri Vernidub futbolçulara açıq mesaj ötürüb.

Azarkeşlərin böyük ümidlər bəslədiyi yeni baş məşqçi oyunçuları öz iş prinsipləri ilə tanış edib.

Ukraynalı çalışdırıcı bu barədə onlarla keçirdiyi toplantıda danışıb.

59 yaşlı mütəxəssis adların ondan ötrü heç bir əhəmiyyət daşımadığını bildirib.

Vernidub söyləyib ki, o, komanda üçün can yandıran, topdan ayağını çəkməyən, meydanın hər qarışı uğrunda mübarizə aparan oyunçu tipinə həmişə simpatiya bəsləyib.

«Kim hazır olacaqsa və verilən tapşırıqları ürəkdən yerinə yetirməyə çalışacaqsa, mən də ona şans verəcəm» söyləyən sükançı qeyd edib ki, «Neftçi»yə işləmək xatirinə gəlməyib.

Futbolçulardan ona qədər olanları unutmalarını istəyən Vernidub avrokuboklara vəsiqə uğrunda mübarizədən geri çəkilməyəcəklərini vurğulayıb.

Premyer Liqada 15 turdan sonra liderlər qrupundan xeyli uzaq düşdüklərini təəssüf hissi ilə xatırladan baş məşqçi ruhdan düşməməyi tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti