“Neftçi”nin legioneri şərt qoydu: “Buna əminəm” - AÇIQLAMA

19:00 Neftçi 215
“Neftçi”nin legioneri şərt qoydu: “Buna əminəm” - AÇIQLAMA

“Komandadakı futbolçuların keyfiyyətinə bələdəm.

Əminliklə deyirəm ki, bütün komandaları məğlub edə bilərik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Alessio Kurçi deyib.

Sonuncu qələbəsini noyabrın 1-də “Kəpəz” üzərində 5:1 hesabı ilə qazanan “ağ-qaralar” son 5 turda 3 xal üzünə həsrət qalıb.

Növbəti rəqib isə elitada qalmaq uğrunda mübarizə aparan Yevlax təmsilçisidir.

23 yaşlı lüksemburqlu səfər matçından qalibiyyətlə ayrılmaq üçün ortaya şərt qoyub – “Sumqayıt”la görüşdəki kimi oynamaq:

“Karvan-Yevlax”la səfər matçına qələbə üçün yollanacağıq. Bunu bacaracağımıza inanıram.

“Sumqayıt”la matçdakı kimi oynayıb, qol imkanlarını dəyərləndirsək, fasiləyə qələbə ilə yollanacağıq. Buna əminəm.

Yaxşı komandaya sahibik. Sadəcə düşdüyümüz vəziyyətdən düzgün çıxış yolu tapmalıyıq. Biz “Neftçi”yik, “Neftçi”nin adına layiq oynamalı və nəticələr qazanmalıyıq”.

Dekabrın 20-də Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 14:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti