“Neftçi”nin funksioneri bu xəbəri verdi: “Məsələ öz həllini tapıb”

19 Dekabr 2025 13:40 Neftçi 1 073
“Neftçi”nin funksioneri bu xəbəri verdi: “Məsələ öz həllini tapıb”

"Neftçi" və Samir Abasov arasında heç bir problem qalmayıb.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "ağ-qaralar"ın media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.

O, bir müddət əvvəl Bakı təmsilçisindən ayrılan sabiq baş məşqçi ilə klub arasında hər hansı bir narazılığın qalmadığını bildirib:

"Kompensasiyanın ödənilib-ödənilməməsi ilə bağlı verilən sualı cavablandırmağım etik çıxmaz. Bu, klubun daxili işidir.

Lakin deyə bilərəm ki, hər şey qaydasındadır. Məsələ öz həllini tapıb".

Samir Abasov "Neftçi"dən ayrılarkən kompensasiya tələb etmiş, əks təqdirə istefa verməyəcəyini bildirmişdi. Hazırda komandaya ukraynalı mütəxəssis Yuri Vernidub rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi