Vernidub “Neftçi”də vəzifəsi bölgüsü apardı, oğluna iki iş tapşırdı

09:40 Neftçi 478
Vernidub “Neftçi”də vəzifəsi bölgüsü apardı, oğluna iki iş tapşırdı

c«Neftçi»nin yeni baş məşqçi Yuri Vernidub köməkçiləri arasında vəzifə bölgüsü aparıb.

O, gündəlik hazırlıq proqramında maraqlı dəyişiklik edib.

Belə ki, ukraynalı çalışdırıcı oğlu Vitali Verniduba iki işi birdən tapşırıb.

Vaxtilə «Qəbələ»nin formasını geyinmiş, son 2 ildə isə atasıyla bərabər çalışan V.Vernidub artıq həm müdafiəçilərin, həm də qapıçıların hazırlığına məsuliyyət daşıyır.

59 yaşlı mütəxəssis «əlcək sahibləri»ni - Kenan Piriç, Emil Balayev və Rza Cəfərovun məşqlərdə arxa xətt oyunçularıyla birgə çalışmasını istəyib. Yəni ki, onlar bundan sonra ayrıca məşq etməyəcək.

Ata Vernidub təsadüfən bu yeniliyə əl atmayıb. Son 6 ayda «Neftçi»nin iştirakıyla keçirilən bütün oyunları izləyən sabiq «Krivbass»lı komandanın ən zəif nöqtəsini müəyyənləşdirib.

Klub rəsmiləri ilə fikir mübadiləsi aparan çalışdırıcı deyib ki, ən böyük prorblem müdafiə xətti ilə bağlıdır.

O, arxa xətt oyunçularının ləng olduğunu qeyd edib, üstəlik, düzülüşdə yanlışlıqlara yol verildiyini vurğulayıb.

59 yaşlı sükançı bu qənaətə gəlib ki, bəzi transferlər tələsik həyata keçirilib, onlarla bağlı hərtərəfli araşdırılma aparılmayıb, oyun üslublarının «Neftçi»yə uyğun gəlib-gəlmədiyi öyrənilməyib.

Vernidub vəziyyətdən çıxış yolunu göstərib - qış fasiləsində, heç olmasa, 1 mərkəz müdafiəçisi alınmalıdır.

Bakılılarla 1,5 illik müqavilə bağlamış mütəxəssisitn fikrincə, hazırkı məqamda fiziki və psixoloji hazırlığa paralel olaraq diqqət yetirilməlidir.

Ölkə kubokunda mübarizəni 1/8 final mərhələsində dayandırmış paytaxt təmsilçisi Premyer Liqanın 5 turu ərzində 17 xal toplayıb.

Turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmış «Neftçi» ötən həftələrində 18 dəfə fərqləndiyi halda, öz qapısından 16 top buraxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti