“Neftçi”nin hücumçusu bu ölkədə ciddi qalmaqala səbəb oldu

02:30 Neftçi 94
“Neftçi”nin hücumçusu bu ölkədə ciddi qalmaqala səbəb oldu

“Neftçi”nin hücumçusu Vensan Abubakar ölkəsi Kamerunda ciddi qalmaqala səbəb olub.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, forvard Kamerun millisinin Afrika Millətlər Kuboku üçün açıqlanan iki heyətindən birində yer alıb, digərində isə yox.

Məsələ burasındadır ki, Mark Brays “Neftçi”nin üzvünə heyətdə yer verdiyi üçün Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto tərəfindən qovulub.

Bu posta isə müvəqqəti David Paku gətirilib. Buna baxmayaraq, vəziyyətlə barışmayan Brays millinin heyətini açıqlayıb ki, orada Abubakarın da adı yer alır.

Etonun Afrika Futbol Konfederasiyasına göndərdiyi siyahıda isə Abubakara ehtiyac duyulmayıb.

Bununla bağlı açıqlama verən Brays “Neftçi”nin forvardının millidə qol rekordunu qırmaq şansı olduğu üçün Eto tərəfindən çağırılmasına icazə verilmədiyini söyləyib.

Hətta bu durum Kamerun millisinin futbolçularının da narazılığı ilə qarşılanıb. Onlar federasiya prezidentinin qısqanclığından narahatlıqlarını dilə gətiriblər.

Afrika Millətlər Kuboku 21 dekabr – 18 yanvar tarixlərində Mərakeşdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti