“Neftçi”də köklü dəyişiklik etməyin tərəfdarı deyiləm”

00:50 Neftçi 145
“Neftçi”də köklü dəyişiklik etməyin tərəfdarı deyiləm”

“Çox yaxşı heyətə malik komandamız var.

Bu kollektivlə yüksək yerlər uğrunda mübarizə aparmaq olar”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub Ukrayna mətbuatına açıqlamasında deyib.

59 yaşlı mütəxəssis “Neftçi”ni Azərbaycanın ən böyük klublarından biri adlandırıb və daha yüksək yerlərdə qərarlaşmağa layiq olduğunu söyləyib:

“Neftçi” brenddir. Əlbəttə, hər bir komandanın daim güclənməsinə ehtiyac var.

Lakin mövsümün gedişində köklü dəyişiklik etməyin tərəfdarı deyiləm. Əlimizdəki heyətlə turnir cədvəlində mümkün qədər irəliləməyə çalışacağıq.

“Neftçi”yə böyük uğurlar qazanacağımıza inandığım üçün gəlmişəm”.

Yuri Vernidub bir neçə gün əvvəl “Neftçi” ilə il yarımlıq müqavilə imzalayıb. Paytaxt təmsilçisi 15 turdan sonra Premyer Liqada 17 xalla 8-ci pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti