Vernidub “Neftçi”nin ən böyük problemini tapdı, bu yerə TRANSFER İSTƏDİ

10:40 Neftçi 1 554
Vernidub “Neftçi”nin ən böyük problemini tapdı, bu yerə TRANSFER İSTƏDİ

«Neftçi»nin yeni baş məşqçisi Yuri Vernidub komandanın ən zəif nöqtəsini müəyyənləşdirib.

Ukraynalı mütəxəssis bu barədə klub rəsmiləri ilə söhbətində bildirib.

Son 6 ayda «Neftçi»nin iştirakıyla keçirilən bütün oyunları izlədiyini söyləyən çalışdırıcı deyib ki, ən böyük prorblem müdafiə xətti ilə bağlıdır.

O, arxa xətt oyunçularının ləng olduğunu qeyd edib, üstəlik, düzülüşdə yanlışlıqlara yol verildiyini vurğulayıb.

59 yaşlı sükançı bu qənaətə gəlib ki, bəzi transferlər tələsik həyata keçirilib, onlarla bağlı hərtərəfli araşdırılma aparılmayıb, oyun üslublarının «Neftçi»yə uyğun gəlib-gəlmədiyi öyrənilməyib.

Vernidub vəziyyətdən çıxış yolunu göstərib - qış fasiləsində, heç olmasa, 1 mərkəz müdafiəçisi alınmalıdır.

Bakılılarla 1,5 illik müqavilə bağlamış mütəxəssisitn fikrincə, hazırkı məqamda fiziki və psixoloji hazırlığa paralel olaraq diqqət yetirilməlidir.

Ölkə kubokunda mübarizəni 1/8 final mərhələsində dayandırmış paytaxt təmsilçisi Premyer Liqanın 5 turu ərzində 17 xal toplayıb.

Turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmış «Neftçi» ötən həftələrində 18 dəfə fərqləndiyi halda, öz qapısından 16 top buraxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti