“Neftçi”nin sabiq baş məşqçisi özünə yeni komanda tapdı

18 Dekabr 2025 00:50 Neftçi 4 242
“Neftçi”nin sabiq baş məşqçisi özünə yeni komanda tapdı

“Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk yenidən Qazaxıstanda işləyəcək.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis “Astana” ilə danışıq aparır.

Təcrübəli mütəxəssis Qazaxıstan klubu ilə razılıq əldə edib. Yaxın vaxtlarda təyinatın rəsmiləşəcəyi gözlənilir.

60 yaşlı məşqçi “Dinaburq”, “Ventspils”, “Metallurq”(Zaporojye), “Çernomorets”, “Qəbələ”, “Astana”, “Şaxtyor”(Soliqorsk), “LNZ Çerkassı” klublarını çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti