“Neftçi”nin rumıniyalı müdafiəçisi Kristian Kostin Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqanın 15-ci turunda “Sumqayıt”la 2:2 hesablı bərabərə qaldız. Halbuki komandanız oyunun gedişində 2 top fərqiyıə irəlidə idi. Sonluq niyə belə oldu?
- Oyunu 3 xalla başa vurmaq üçün bizə 1 qol lazım idi. Hesab 2:0 olanda əlimizə düşən 2-3 imkandan 1-ni qola çevirsəydik, indi siz başqa sual verərdiz, mən də fərqli şəkildə cavablandırardım. Futbol belədir, sən vurmayanda, sənə vururlar. Ümumi götürsək, çox yaxşı oynadığımızı düşünürəm. Əsas odur düzgün yoldayıq.
- Oyunun qırılma nöqtəsi harda oldu?
- Tək bir nöqtədən yapışmaq istəmirəm. 3-cü qolu vusaydıq, oyun başa çatacaqdı. Rəqibin 2-ci qoluna imkan verməsəydik, qələbə bizim olacaqdı. Konkret hansısa məqamdan yapışmaq olmur.
- Yuri Vernidubun gəlişindən sonra məşq və oyun planında nələr dəyişib?
- Baş məşqçini mühakimə etmək mənim işim deyil. Mənim işim onun tapşırıqlarını meydanda yerinə yetirməkdir.
- “Neftçi”də sanki psixoloji problem var. Futbolçularda özünəinam itib, qələbə əzmi yoxdur.
- Problemlərdən danışmaq mənlik deyil.
- Bəs, kimin işidir?
- Bir işə başlayırıqsa, finişi yox, startı düşünməliyik. İndi avrokuboklara vəsiqədən çox, necə oynamağın, 3 xalı necə qazanmağın planlarını cızmalıyıq.
- Hər kəsi maraqlandıran sual – “Neftçi” avrokuboklara vəsiqə qazana biləcək?
- Bunu yekunda görəcəyik. Sabah nə baş verəcəyini heç kim bilmir, o ki qalmışdı mayda yaşananlar barədə danışaq.
- Sən nə hiss edirsən?
- Mənim düşündüyüm odur ki, hədəfə doğru pillə-pillə qalxmalıyıq. Birdən-birə 5 pillə yüksəlmək mümkün deyil.
- Məntiqlə, indiyə qədər 5 pillə yüksəlməliydiz ki, qalan aylarda digər 5 pilləni qalxa biləsiz. Siz isə mövsümün ortasında ilk pilləyə ayaq qoyursuz. Pillələri yarılayana kimi çempionat başa çatacaq.
- Baxın, qarşınızda 10 pillə var. 10-cu qalxmaq üçün nə etmək lazımdır? Təbii ki, 1-cidən başlamaq, düzdür?
- Mən də onu deyirəm. Dekabrda 1-ci pillədən başlayanda mayda ən yaxşı halda 5-6-cı pillələrdə olacaqsız. Həmin yerlər isə avrokuboklara vəsiqəyə kifayət etməyəcək.
- Öz fikrimdə qalıram. Hədəfə çatmaq üçün nələrdənsə başlamalıyıq. Əsas odur ki, düzgün yoldayıq və bu yolla addımlamalıyıq.
HƏBİB

