Yuri Vernidubun gəlişi “Neftçi”də nəyi dəyişib?

00:40 Neftçi 150
Yuri Vernidubun gəlişi “Neftçi”də nəyi dəyişib?

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin bosniyalı qapıçısı Kenan Piriç Premyer Liqanın 15-ci turunda “Sumqayıt”la heç-heçə (2:2) etdikləri görüşdən sonra sualları cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Bizim üçün məyusedici nəticədir. Oyuna çox yaxşı başladıq. İlk hissədə çox fəal idik. Matçın ilk 50 dəqiqəsində 2 qol vurduq. Hesab arasındakı fərqi daha da artırmalı, 3-cü, 4-cü qolu vurmalıydıq. Bunun üçün xeyli şansımız da oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik. Sonradan nə baş verdisə, rəqib üstünlüyü ələ aldı. Əsəbləşirəm ki, bu cür xal itkisi ilə üzləşdik.

- “Neftçi” əksər matçlarda 2-ci hissədə zəif görünür. Bu, nədən irəli gəlir?

- Deməzdim zəifik. “Sumqayıt”la oyundakı nəticəni bəxtsizliklə əlaqələndirərdim. Bu, mövsümdəki ən yaxşı oyunumuz idi. Tam üstün idik. Lakin qələbə şansını əldən verdik.

- Yuri Vernidubun gəlişi “Neftçi”də nəyi dəyişib?

- İlk növbədə oyun nizam-intizamını qeyd edərdim. Hamı gördü ki, ilk 45 dəqiqədə necə intizamlı oynadıq. Rəqibə heç bir şans vermədik. Lakin fasilədən sonra oyunumuzu itirdik. Xeyli çətinliklə üzləşdik. Ümid edirəm ki, növbəti matçlarda 90 dəqiqə eyni tempdə çıxış edəcəyik.

- Baş məşqi təyinatından sonra sizinlə söhbətində nələr dedi?

- Əvvəlki oyunların analizini apardıq. Çatışmazlıqlarımızı, səhvlərimizi dedi.

- Yuxarı pillələrdən xeyli aralı düşdüyünüzü nəzərə alsaq, “Neftçi”nin mövsümün 2-ci hissəsindəki hədəfi nə olacaq?

- Hədəfimiz itirilən xalları bərpa etmək, fərqi azaltmaq və turnir cədvəlində daha da irəli getməkdir.

Digər Xəbərlər
Xəbər Lenti