Vernidub “Neftçi”yə sərt qayda-qanun gətirdi, hamıya o imzanı atdırdı!

21:00 Neftçi 1 376
Vernidub “Neftçi”yə sərt qayda-qanun gətirdi, hamıya o imzanı atdırdı!

Ötən həftə «Neftç»nin sükanı arxasına keçən Yuri Vernidub komandaya yeni nizam-intizam kodeksi tətbiq edib.

İlk gündən işinə məsuliyyətlə yanaşan ukraynalı mütəxəssis kollektivdaxili qayda-qanunu bir qədər də möhkəmləndirib.

O, sərt cəza/cərimə tədbirlərinin nəzərdə tutulduğu sənədi artıq bütün futbolçulara imzalatdırıb.

Bura nə daxildir?

Vernidub adicə bazaya gəlmək məsələsinə həssas yanaşır. Komanda saat 15:00-da məşqə çıxmalıdırsa, hamı bir nəfər kimi 14:00-da bazada olmalıdır.

Kim 1 dəqiqə, yaxud yarım saat gecikərsə, artıq onun maaşından böyük miqdarda pul tutulacaq. H

əmçinin hansı oyunçu yeməyə, avtobusa gecikərsə, hazırlıq prosesində üzrsüz səbəbdən iştirak eləmərsə, onlar iri məbləğdə cəriməyə məruz qalacaq.

Məşq prosesini pozan hansısa hərəkət və ya mübahisə də Vernidubun «qara siyahı»sına düşməyə kifayət eləyəcək.

Ciddi intizam tərəfdarı olan 59 yaşlı çalışıdırıcı komanda üzvləriylə söhbətində bildirib ki, ümumi uğur üçün çalışmaq lazımdır və kim bundan kənara çıxarsa, ondan əfv gözləməsin. Hətta bunu edən oğlu olsa belə, onu bağışlamayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!