“Sportinfo” 16 gün qabaq xəbər verdi, "Neftçi" bu gün təyinatı açıqladı - FOTOLAR

16:00 Neftçi 221
“Sportinfo” 16 gün qabaq xəbər verdi, "Neftçi" bu gün təyinatı açıqladı - FOTOLAR

“Neftçi”nin baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şerif” klublarında çalışıb.

Təcrübəli məşqçi müxtəlif illərdə “Zarya” və “Krivbass” ilə Ukrayna çempionatının bürünc mükafatçısı, “Şerif”lə 2 dəfə Moldova çempionu olub.

“Şerif”i Çempionlar Liqasının, “Zarya”nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, “Krivbass”ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Məşqçilər korpusunda Vernidubun köməkçiləri – Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.

style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">

Yuri Vernidubun «Neftçi»ni çalışdıracağı haqda ilk xəbəri Sportinfo.az yayıb.

Saytımız hələ noyabrın 23-də bu informasiyanı eksklüziv olaraq oxucuların diqqətinə çatdırıb (https://www.sportinfo.az/idman_xeberleri/neftci/236141.html).

Digər Xəbərlər
Xəbər Lenti