"Neftçi"nin yeni baş məşqçisinin adı yalnız bizdə! - SON DƏQİQƏ

23 Noyabr 2025 20:25 Neftçi 12 814
"Neftçi"nin yeni baş məşqçisinin adı yalnız bizdə! - SON DƏQİQƏ

"Neftçi"nin yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.

"Ağ qaralar" əcnəbi mütəxəssisə tapşırılacaq.

Həmin şəxsin kimliyi artıq bizə məlumdur. Paytaxt təmsilçisinin yeni çalışdırıcısı Yuri Vernidub olacaq.

"Neftçi" rəhbərliyi az öncə baş məşqçi Samir Abasovla bağlı yeni qərar verib.

Klubdan əldə etdiyimiz məlumata görə, onunla yollar ayrılacaq. Səbəb uğursuz nəticələrdir.

Bu gün Premyer Liqanın 12-ci turu çərçivəsində "İmişli"yə doğma meydanda məğlubiyyət (2:3) rəsmilərin səbr kasasını daşırıb.

Bu matçdan sonra Abasov paltardəyişmə otağında kollektivlə vidalaşıb. O, indən belə burada qalmayacağını bildirib.

"Ağ-qaralar" arxada qalan 12 turda aktivinə cəmi 15 xal yazdıra bilib. Paytaxt təmsilçisi bu yenilgidən sonra turnir cədvəlində 8-ci pilləyə yuvarlanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 18:10 Çək və bizə göndər!