"Neftçi" Türkiyə klubunun qapıçısına 3 illik müqavilə təklif etdi - SON DƏQİQƏ

16 May 2024 13:00 Neftçi 5 181
"Neftçi" Türkiyə klubunun qapıçısına 3 illik müqavilə təklif etdi - SON DƏQİQƏ

Millinin qapıçısı Şahruddin Məhəmmədəliyev yeni təklif alıb.

Ona dəvət Azərbaycandan gəlib.

«Neftçi» ötən mövsümə kimi «Qarabağ»ın formasını geyinmiş kiperi öz istəyi ilə tanış edib. Dağıstan kökənli «əlcək sahibi»nə 3 illik müqavilə təklif olunub.

Şahruddin 2016-cı ildən 2023-cü ilin yayına kimi “Qarabağ”ın uğurları üçün çalışıb.

O, daha sonra Türkiyəyə yollanıb, “Adana Dəmirspor“la anlaşıb. “Şah“ın Super Liqa təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda