COP29

“Neftçi”nin baş məşqçisi: “Hər şey istədiyimiz kimi getsə...”

24 Fevral 17:30 Neftçi 844
“Neftçi”nin baş məşqçisi: “Hər şey istədiyimiz kimi getsə...”

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 24-cü turunun “Turan Tovuz”la görüşündən (1:1) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Azarkeşlər üçün çox maraqlı oyun oldu. Həm bizim, həm də rəqibin yaxşı epizodları var idi. İlk və ikinci hissənin əvvəlində daha yaxşı çıxış etdik. Qol vurduqdan sonra oyunumuzda problemlər yarandı.Rəqib təzyiq etməyə başladı və bir neçə qol epizodları oldu. "Turan Tovuz" qələbə qazana da bilərdi.

- Əyalətdə ilk səfər matçınız idi. Təzyiqi nə dərəcədə hiss etdiniz?

- Azarkeşlər komandalarını çox gözəl dəstəkəyirdi, təbiət də gözəl idi.

- Rəqib son dəqiqələrdə sol cinahdan hücumlar qururdu. Bunun qarşısını almaq üçün niyə tədbir görmədiz?

- İstədiyimiz bütün əvəzetmələri etmişdik. Dəyişiklik limitimiz dolmuşdu.

- Mark Tamaşın oynamamasının səbəbi nə ilə bağlıdır?

- Onun oynadığı matçda "Sumqayıt"a uduzmuşqduq axı. Bundan sonra artıq dəyişiklik etdik. Məğlubiyyətin səbəbkarı o deyildi.

- Həmyerliniz Marko Yankoviç öz oyunu ilə adından söz etdirir. Gələcəkdə onu komandanızda görmək istəyərsiz?

- Azərbaycanda hər məşqçi elə oyunçunu komandasında görmək istəyər.

- "Neftçi" bu heyətlə hansı nəticəni göstərə bilər?

- Qarşımıza ikinci yeri tutmaq hədəfi qoyulub. Hər şey istədiyimiz kimi getsə, bu heyətlə hədəfə çata bilərik.

- Komandanın oyunundan razısız?

- Heç vaxt komandamın oyunundan razı olmuram. Düşünürəm ki, daha yaxşısını göstərə bilərik.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!