“Qarabağ”dan zəng etdilər, o azyaşlı ilə görüşəcəklər - VİDEOLAR

13 Dekabr 2025 08:20 Qarabağ 826
“Qarabağ”dan zəng etdilər, o azyaşlı ilə görüşəcəklər - VİDEOLAR

“Qarabağ”lılar Qadın və Uşaq Sığınacağında “Qarabağ” - “Ayaks”(2:4 ) matçını tək izləyən azyaşlı ilə görüşəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə sığınacaq məlumat yayıb.

“O qədər sevinirik ki... Əkbər balamız “Qarabağ” FK ilə görüşəcək”, - paylaşımda deyilir.

Qeyd edilib ki, klubdan zəng edərək, azyaşlı ilə tezliklə görüşəcəklərini bildiriblər.

Bundan başqa, izləyicilər balaca Əkbərə sevimli klubunun formasını hədiyyə ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA