“Neftçi” haqda yayılan bu xəbər yalandır - O, nə qədər maaş alacaq?

19:40 Neftçi 544
“Neftçi” haqda yayılan bu xəbər yalandır - O, nə qədər maaş alacaq?

Yuri Vernidub bu gün “Neftçi”nin baş məşqçisi vəzifəsinə təyin edilib.

Ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Ukraynalı insayder İqor Burbas iddia edib ki, Vernidub “ağ-qaralar”ın sükanı arxasında hər ay təxminən 50 min dollar maaş alacaq.

Bu xəbər doğru deyil, məblət kifayət qədər şişirdilib. Saytımızın araşdırması nəticəsində məlum olub ki, bakılılar 59 yaşlı çalışdırıcıya göstərilən rəqəmdən xeyli aşağı əməkhaqqı ödəyəcək.

Bir qədər konkretləşdirsək, “Neftçi“ ukraynalıya 25 min dollar məvacib verəcək. Belə deyək, ondan qabaq Samir Abasov nə qədər maaş alırdısa, Vernidub da həmin məbləğlə kifayətlənməli olacaq.

Görünür, İqor Burbas belə informasiya yaymaqla həmyerlisinin Azərbaycanda elə-belə pulə işləməyəcəyinə ictimaiyyəti inanıdırmaq istəyib.

Hər halda «Şerif»in sabiq sükançısı həmişə imkanlı klublarda tər töküb və böyük məbləğlərin əksini tapdığı müqavilələrə imza atıb.

Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şerif” klublarında çalışıb.

Təcrübəli məşqçi müxtəlif illərdə “Zarya” və “Krivbass” ilə Ukrayna çempionatının bürünc mükafatçısı, “Şerif”lə 2 dəfə Moldova çempionu olub.“Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, “Krivbass”ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Məşqçilər korpusunda Vernidubun köməkçiləri – Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti