AFFA milli komandalarda islahatlara başlayır - Məşqçilərə təklif olunacaq ki...

17:00 Milli komanda 344
AFFA milli komandalarda islahatlara başlayır - Məşqçilərə təklif olunacaq ki...

AFFA aşağı yaş qrupları üzrə millilərdə işləyəcək məşqçilərlə əlaqəli yeni fəaliyyət proqramı hazırlayıb.

Saytımızın federasiyadan əldə etdiyi məlumata görə, bu, növbəti mövsümdən etibarən tətbiq olunacaq.

Plana əsasən, qurumla müqavilə imzalayacaq mütəxəssislər bundan sonra eyni vaxtda iki yerdə, yəni, həm yığmada, həm də klubda çalışmayacaq.

Onların bütün diqqətini bir yerə yönəltməsini istəyən AFFA rəhbərliyi namizədlərə seçim imkanı yaradacaq - ya oranı seç, ya buranı.

Əlbəttə, bunun qarşılığı olacaq. Millilərdə işləyəcək məşqçilərin maaş büdcəsi artırılacaq. İstisnasız olaraq.

Artıq hamıya aid ediləcək. Necə deyərlər, federasiya bu yolla onların gözünü oradan-buradan yığışdırmağı lazım bilir.

Bu ay İcraiyyə Komitəsinin (İK) son iclası keçiriləcək. 2025-ci ilə yekun vuracaq toplantıda bir sıra məsələlərlə yanaşı, «U-lar»ın durumu da masaya yatırılacaq.

U-15-dən U-19-a kimi islahatlar gözlənilir. Bəzi baş məşqçilər iş yerini itirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti