“Neftçi”nin “1 nömrə”si: “Belə vəziyyətdə birlik göstərməliyik”

11 Dekabr 23:00 Neftçi 141
“Neftçi”nin “1 nömrə”si: “Belə vəziyyətdə birlik göstərməliyik”

“Belə vəziyyətdə birlik göstərməliyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin qapıçısı Kenan Piriç deyib.

Cari mövsümdən “ağ-qaralar”ın formasını geyinən bosniyalı qapıçı “azarkeşlər sizdən nə gözləsin” sualına cavabında aşağıdakıları söyləyib:

“Sağ olsunlar, bu cür soyuq havada bizi stadionda dəstəkləyirlər. Hər birinə təşəkkür etmək istəyirəm.

Onları sevindirmək üçün əlimizdən gələni edirik. Əminəm ki, azarkeşlərimiz meydanda sona qədər mübarizə apardığımızı görür.

Oyunun sonlarına yaxın müdafiəyə daha çox diqqət ayırıb, hücumlarda çoxala bilməməyimiz “Sabah”a yenilgiyə səbəb oldu.

Bu da komandadakı yorğunluqla bağlıdır. İnanıram ki, azarkeşlərimiz sona qədər yanımızda olacaq və qazanacağımız uğura birlikdə sevinəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!