"Qarabağ"dan çox qayda pozan komanda yoxdur - Çempionlar Liqasında

13 Dekabr 2025 00:30 Qarabağ 517
"Qarabağ"dan çox qayda pozan komanda yoxdur - Çempionlar Liqasında

"Qarabağ" Çempionlar Liqasının ən çox qayda pozan komandasıdır.

Sportinfo.az xəbər verir ki, "köhlən atlar"ın futbolçuları geridə qalan 6 tur ərzində ümumilikdə 94 dəfə rəqibə qarşı kobud oynayıblar.

Təmsilçimizin üzvləri kobudluğa görə hakimlər tərəfindən qırmızı vərəqə ilə cəzalanmasalar da, 7 dəfə sarı vərəqə görüblər.

Ağdam təmsilçisi həmçinin ən az qayda pozuntusuna məruz qalan komandadır. Qurban Qurbanovun oyunçularına qarşı 37 dəfə faul olunub.

"Qarabağ" Çempionlar Liqasında növbəti oyununu yanvarın 21-də, Bakıda Almaniyanın "Ayntraxt Frankfurt" klubuna qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti