"Neftçi"nin hücumçusu Vensan Abubakarın Afrika Millətlər Kuboku üçün Kamerun yığmasına çağırılmamasının səbəbi məlum olub.
Sporlinfo.az xəbər verir ki, yerli federasiyanın prezidenti Samuel Eto'o 33 yaşlı forvardın millidə oynamasını istəmir.
Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Eto'o 56 qolla yığma tarixinin bombardiridir. Abubakar isə 45 qolla onu izləyir.
Federasiya prezidenti "Neftçi"də çıxış edən futbolçunun onu keçə bilmək ehtimalının olduğunu düşünür. Buna görə də təcrübəli hücumçu heyətə daxil edilməyib.
Vensan Abubakar bu ilin oktyabr ayından "Neftçi"də çıxış edir.

