“Neftçi” bu mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilər.
Yeni baş məşqçi Yuri Vernidub komandanı uğursuzluq zolağından çıxaracağına şübhə bəsləmir.
O, bu barədə futbolçularla söhbətində danışıb
. Ukraynalı mütəxəssis Azərbaycana məhz bunun üçün gəldiyini, bütün bilik və bacarığı, zəngin təcrübəsi ilə müsbət nəticə əldə etməyə çalışacağını söyləyib.
59 yaşlı çalışdırıcı kollektiv barədə öncədən məlumat toplamağa baladığını, gördüklərinin isə onda böyük ümid yaratdığını vurğulayıb.
Vaxtilə «Şerif»də işləmiş sükançı qeyd edib ki, burada kifayət qədər səviyyəli oyunçu var və onlarla qarşıya qoyulan məqsədə çatmaq mümkündür.
Psixoloji və fiziki hazırlığı yüksəltməklə, çıxışa keçməyi hədəfləyən Vernidub deyib ki. Premyer Liqa onun üçün maraqlı yarışmadır, o isə «Neftçi»ni turnir cədvəlinin ilk üç pilləsindən birində görür.
Bakılılarla 6 ay+1 illik müqavilə imzalamış məşqçi bildirib ki, azarkeşlərin narahatlığını yaxşı başa düşür, amma çox narahat olmağa dəyməz, çünki vəziyyət tədricən düzələcək və bir müddət sonra tamamilə öz axarına düşəcək.
Paytaxt təmsilçisi ölkə kubokunda mübarizəni erkən dayandırıb. 1/8 final mərhələsində «Zirə»yə uduzan «ağ-qaralar» Premyer Liqada da hazırda 8-ci pillədədir. 14 tura 16 xal toplayan kollektivin passivində 4 məğlubiyyət var.
SPORTİNFO.AZ

