"Neftçi" növbəti məğlubiyyətini Masazırda aldı.
"Ağ qaralar" bu dəfə "Sabah"la bacarmadı - 0:2.
Futbolçular təkcə meydançada aciz qalmadı, həm də final fitindən sonra nə qədər zəif, aciz olduqlarını gördük.
Milyonlar qarşılığında kluba gələn, meydanda bir qəpiklik oyun sərgiləməyən bu qədər əcnəbidən birinin ağlına gəlmədi ki, azarkeşlərin önünə çıxsın, quru üzrxahlıq etsin.
Nəsə dəyişməyəcəkdi, amma bir təsəlli ola bilərdi.
Deyək ki, Sənan Qurbanov deməli utandılar fanatların yanına getməyə.
Ardınca həmin vecsiz toplumun mix-zonadan səssiz-səmirsiz keçib getməsinə nə ad verək?
Ancaq nəticə yaxşı olanda cəh-cəh vurmaq, bağ belə, bostan belə demək lazım deyil.
Həm də uğursuzluqda mikrofon arxasına keçmək məsuliyyətinə sahib olmaq mütləqdir.
Ki, başverənlərə aydınlıq gətirə, bir izah verəsən.
Qələtini dilinlə sizdən fərqli cibinin pulu ilə oyuna gələn "Neftçi" sevənlərə çatdırmış olasan.
Qələbəni bəxş edə bilmirsiniz, acizsiniz, heç olmasa üzr istəmək cəsarətinə, böyüklüyünə sahib olun.
Bu qədər də kiçilmək olmaz axı...
XANOĞLAN İMANOV

