Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” məğlubiyyətlə üzləşdi.
Liqa mərhələsinin 6-cı turu çərçivəsində Respublika stadionunda “Ayaks”la qarşılaşan “köhlən atlar” 2:4 hesablı yenilgiyə üzüldü.
Amsterdamdan Bakıya gələn 1500-ə yaxın niderlandlı azarkeş 90 dəqiqə susmaq bilmədi. Oyun başa çatandan sonra isə qələbəni komanda üzvləri ilə birlikdə necə qeyd etmələrini görməyə dəyərdi.
“Qarabağ” meydanı məğlub tərk etsə də, “Ayaks”ın azarkeşlərin özü barədə müsbət fikirlər formalaşdırmağı bacarıb.
Klubun sosial şəbəkə hesablarındakı paylaşımlıara baxanda, Niderlanddan olan tərəfdarların maraqlı şərhlərinə rast gəlmək mümkündür.
“Güclü komandaya qarşı əsl xarakter nümayiş etdirməyi bacardınız. Xarakterli qələbə münasibəti ilə hər birinizi təbrik edirəm”.
“İkinci hissədə izlədiyimiz futbolu hər oyunda görmək mümkün deyil. Səfərdə möhtəşəm geridönüş edərək oyuna damğa vurdunuz. Halal olsun!”
“Çelsi”nin həmin stadionda edə bilmədiyini siz bacardınız”.
“Qarabağ” əvvəlki matçlarda “Benfika” ilə “Kopenhagen”i məğlub edib, “Çelsi” ilə bərabərə qalmışdı. Siz onlara əsl futbol göstərdiniz. Təbriklər və uğurlar!”
“Çelsi”yə “Qarabağ”ı udmağın yolunu göstərdiniz. Növbəti qələbəni “Feyenoord”la matçda gözləyirik”.
“Qarabağ”ın “pişik” libası geyinmiş qapıçısına 4 qol vurmaq... Əsl “Ayaks” budur. Oyun adamı – Oskar Qlux!”
“Qarabağ” üzləşdiyi məğlubiyyətdən sonra 7 xalla 32 komanda arasında 22-si pillədə yer alıb.
HƏBİB / SPORTİNFO.AZ

