"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqasında ən çox blok edən futbolçular arasında qərarlaşıb.
Sportinfo.az xəbər verir ki,28 yaşlı oyunçu geridə qalan VI tur ərzində 11 dəfə rəqib zərbəsinin qarşısını alıb.
O, bu göstəricidə yalnız Kipr "Pafos"unun müdafiəçisi David Luizdən geri qalır. Braziliyalı ulduz futbolçunun 13 bloku var.
Bəhlul Mustafazadə "Qarabağ"ın Çempionlar Liqasında keçirdiyi altı oyunun hamısında iştirak edib.

