Alex Fernandesin "Neftçi"li günləri başa çatıb.
Əldə etdiyimiz məlumata görə, Rusiya təmsilçisi "Baltikya"ya məxsus olan yarımmüdafiəçi ilə yollar ayrılıb.
23 yaşlı legioner 2025-ci ilin sonuna qədərə icarəyə götürülmüşdü.
Amma anlaşmanın başa çatmasına həftələr qalmış braziliyalının gedişinə qərar verilib.
Braziliyalı artıq bir müddət əvvəldən Bakını tərk edib.
Alex bu ilin fevralından paytaxt klubuna pənah gətirmişdi.
O, ötən mövsüm "ağ qaralar"ın heyətində meydana çıxdığı 16 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Yay fasiləsində tərəflər arasında danışıqlar uğurlu keçmədiyindən əcnəbi oyunçu yeni sezon üçün sifariş olunmamışdı.
Lakin əsas komanda ilə məşqlərdə iştirak edirdi.
XANOĞLAN / SPORTİNFO.AZ

