"Oyundan sonra rəqib baş məşqçini təbrik edə bilmədim, çünki oyunçularının yanına getmişdi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda “Ayaks”a 2:4 hesabı ilə məğlub olduqları matç haqda deyib.
Təcrübəli mütəxəssis komandasından razı qaldığını ifadə edib:
“Oyuna gəldikdə, futbolçularımdan razı qaldım. Son illər belə sürətli və bol qollu oyun nadir hallarda olur.
“Ayaks” kimi komandalar belə səhvləri bağışlamır. Bura Çempionlar Liqasıdır və burada istənilən nəticəni gözləmək lazımdır.
Sanki “Ayaks”ın 5 oyunda alınmadığı oyun bu oyunda alındı. Biz meydanda döyüşərək məğlub olduq.
Nə azarkeş, nə biz bərabərlik haqqında düşünmürdük. Buna görə də oyunçularımız sonadək hücumda çoxluq təşkil etmək istəyirdi.
Azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, sadəcə qalibiyyət çatışmadı”.

