"Neftçi"dən yenə PUL ÇIXDI

00:50 Neftçi 231
"Neftçi"dən yenə PUL ÇIXDI

AFFA İntizam Komitəsi "Neftçi"ni cərimələyib.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, komitə "ağ-qaralar"ı azarkeşlərinin davranışına görə 12 000 manat məbləğində cəza kəsib.

Paytaxt təmsilçisi Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Zirə"yə 0:1 hesabı ilə uduzduğu oyunda azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal kubokda ilk dəfə yaşandığına görə 2000 manat, rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal kubokda ilk dəfə yaşandığına görə 5000 manat məbləğində cərimələnib.

"Neftçi" bu oyunda 4 futbolçusunun sarı vərəqə aldığı üçün 700 manat da ziyana düşüb.

"Flaqman" Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduğu oyunda azarkeşlərinin stadiona zərər vurduğuna görə və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə isə 5000 manat məbləğində cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…