“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Real”ın hücumçusu Kilian Mbappe ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, həmyerlisi olan fransalı ulduzu dəstəklədiyini söyləyib:
“Mən Mbappeni dəstəkləyirəm. Onun uğur qazanmaq üçün lazım olan hər şeyi var.
İndi o, “Real”da kuboklar qazanmalıdır, amma təbii ki, bunu təkbaşına edə bilməz”.
26 yaşlı forvard bu mövsüm bütün yarışlarda 25 qol vurub və bu, “Real”ın Çempionlar Liqasında, La Liqada vurduğu qolların yarısından çoxudur.

