“Qarabağ” ÇL-də 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanmayacaq

12 Dekabr 22:40 Qarabağ 280
“Qarabağ” ÇL-də 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanmayacaq

Çempionlar Liqasının əsas mərhələsinin VI turundan sonra turnirdə növbəti mərhələyə yüksəlmək şansları ilə bağlı ehtimallar yenilənib.

Sportinfo.az xəbər verir ki, yenilənən siyahıda "Qarabağ"ın pley-off mərhələsinə yüksəlmək şansı 38%-dir.

Ağdam təmsilçisinin birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanmaq ehtimalı isə qalmayıb.

1/8 final mərhələsini artıq təmin edən bir klub da var. Bu, “Arsenal”dır.

Türkiyə çempionu "Qalatasaray"ın pley-offa vəsiqə qazanmaq imkanı 93%, 1/8-ə isə 0,4%-dir.

"Qarabağ"ın Çempionlar Liqasında "Ayntraxt Frankfurt"la ev və "Liverpul"la səfər oyunları qalıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda altı turdan sonra 7 xalla 22-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!