Roman Qriqorçuk: “O, “Neftçi”yə daha yüksək yerlərə qalxmağa kömək edə bilər”

12:40 Neftçi 253
Roman Qriqorçuk: “O, “Neftçi”yə daha yüksək yerlərə qalxmağa kömək edə bilər”

Ukraynalı tanınmış mütəxəssis Roman Qriqorçuk “Neftçi”nin yeni baş məşqçisi olacaq Yuri Vernidub haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, 60 yaşlı çalışdırıcı Bakı klubuna təyin olunacaq həmyerlisi barədə fikirlərini AZƏRTAC-la bölüşüb.

Qriqorçuk həmyerlisi Yuri Vernidubun çox güclü və yüksəkixtisaslı məşqçi olduğunu söyləyib.

“Yuri Vernidub “Neftçi”yə daha yüksək pillələrə qalxmağa kömək edə bilər. Mən həm “Neftçi”yə, həm də Verniduba çempionatda və avrokuboklarda yüksək nəticələr əldə etmələrini arzulayıram”, - deyə mütəxəssis əlavə edib.

Premyer Liqada XIV turdan sonra 16 xalla 8-ci yerdə qərarlaşan “Neftçi” yaxın zamanda ukraynalı çalışdırıcı ilə rəsmi müqavilə imzalayacaq.

Roman Qriqorçuk vaxtilə Azərbaycanda “Qəbələ” və “Neftçi” komandalarını çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…